Hindistanda qayıq batdı: Ölənlər var

DÜNYA 16 apr 2024, 20:30
Hindistanın Cammu və Kəşmir bölgəsində qayığın batması nəticəsində 6 nəfər həlak olub.

Demokrat.az
xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb.

Məlumata görə, qayıq Şrinaqar şəhərində Jelum çayı üzərində tikilməkdə olan körpüyə çırpılaraq aşıb. 

Səlahiyyətlilər batmış qayıqda 4-ü uşaq olmaqla 6 nəfərin öldüyünü, 10 nəfərin isə itkin düşdüyünü açıqlayıb. 

Bildirilib ki, Dövlət Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (SDRF) itkin düşənlərin axtarış-xilasetmə işlərini davam etdirir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top