G7-nin XİN başçıları İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər

DÜNYA 16 apr 2024, 08:20
İranın İsraillə münaqişəsi fonunda Tehrana qarşı yeni sanksiyaların tətbiqi məsələsi Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlikləri rəhbərlərinin aprelin 16-19-da İtaliyada keçiriləcək görüşündə müzakirə olunacaq.

Demokrat.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Joli jurnalistlərə açıqlamasında deyib.

“Bu axşam mən G7 xarici işlər nazirlərinin görüşü üçün İtaliyaya gedəcəyəm, orada İran və İsrail arasındakı münaqişə haqqında çox danışılacaq və biz İrana qarşı yeni sanksiyaların tətbiqi barədə danışacağıq”, - Joli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top