Yepiskopa dini ayin zamanı hücum edildi

DÜNYA 15 apr 2024, 21:55
Avstraliyanın Sidney şəhərində üç gün ərzində ikinci hücum panikası yaşanıb. 

Demokrat.az
-ın xarici KİV-ə istinadən xəbərinə görə,  dini məbəddə ayin həyata keçirən yepiskop hücuma məruz qalıb.

Hadisə Sidneydəki kilsədə ayin zamanı baş verib.

30 yaşlı şəxs anidən TikTok yepiskopu” kimi tanınan Mar Mari Emmanuelə yaxınlaşıb və ona deşici alətlə hücum etməyə başlayıb.

Ətrafdakılar dərhal hücuma müdaxilə edib və hücumçu şəxs uzaqlaşdırılıb. 

Qeyd edək ki, hücum edən şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top