Oyunu yarımçıq tərk edən “Fənərbağça” 210 min manat cərimələndi

İDMAN 11 apr 2024, 22:45

Türkiyə Superkuboku uğrunda baş tutmayan “Qalatasaray” – “Fənərbağça” oyunu ilə bağlı yekun qərar verilib.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi meydandan çəkilən “sarı-lacivərdilər”ə 0:3 hesablı texniki məğlubiyyət, eləcə də 4 milyon TL (210 418 manat) məbləğində pul cəzası verib.

Komandanı meydandan çıxaran idarəçi Əhməd Kətənci 60 gün hüquq məhrumiyyəti və 520 min TL (27 354 manat) pul cəzasına məhkum edilib.

Qeyd edək ki, TFF-nin qərarları ilə razılaşmayan “Fənərbağça” oyuna U-19 komandası ilə çıxıb. Birinci dəqiqədə “Qalatasaray” hesabı açdıqdan sonra rəqib klubun oyunçuları meydanı tərk edib.(azpost.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 may 2024, 16:55
Top