Fransa bu il UNRWA-ya 30 milyon avro yardım edəcək

DÜNYA 29 mar 2024, 22:58
Fransa bu il Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) 30 milyon avro yardım edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan açıqlama verib.

Sözçü bildirib ki, İsrail hakimiyyətinin Qəzza zolağının şimalına yardım edilməsinə qoyduğu qadağadan təəssüflənir:

“Bölgədə aclıqdan ölən mülki vətəndaşlar çoxdur. İsrail səlahiyyətlilərindən qərarlarını yenidən nəzərdən keçirmələrini istəyirik. UNRWA-nın Qəzzada mülki şəxslər üçün mühüm rol oynadığı hər kəsə məlumdur.

İsraili BMT Təhlükəsizlik Şurasının bölgədə humanitar yardıma maneələrin aradan qaldırılmasını tələb edən 2728 saylı qətnaməsinin həyata keçirilməsinə çağırırıq. 

Bundan əlavə, ölkəmizin bu il UNRWA-nın fəaliyyətlərinə 30 milyon avro dəstək verəcəyini bildiririk”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top