Olimpiada üçün Fransaya əlavə qüvvələr göndəriləcək

DÜNYA 29 mar 2024, 22:30
Bir çox ölkə Olimpiya Oyunları zamanı Fransanın paytaxtı Parisə əlavə qüvvələr göndərəcək. 

Demokrat.az
xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyada 143 nəfərin həyatını itirdiyi terror aktı Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransada panikaya səbəb olub. 

Nazirlik bu müddət ərzində bir çox ölkənin Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.

“Bu günə qədər 35-dən çox ölkə dəstək üçün müsbət cavab verib. 

Son olaraq, Polşa da əlavə qüvvələr göndərəcəyini açıqlayıb”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top