Gülay Zeynallı: “Elçiliyimdə “hə”mi Arif Babayev verib”

ŞOU-BİZNES 29 mar 2024, 21:55

Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi ziyarət edib.

Oxu.Az xəbər verir ki, müğənni bu barədə özü məlumat paylaşıb.

Xalq artisti ilə şəkillərini paylaşan Gülay Arif Babayevin onun elçilik mərasimində iştirak etdiyini bildirib.

“Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, hacı. Mən səni çox istəyirəm”.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top