İtaliyada doğumlar rekord səviyyədə azalıb

DÜNYA 29 mar 2024, 20:35
İtaliyada durmadan aşağı düşən doğum səviyyəsi fövqəladə vəziyyətə çevrilib.

Demokrat.az
xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İdarəsi (İSTAT) məlumat yayıb.

Məlumatda, ölkədə doğum səviyyəsinin ardıcıl 15-ci ildir azaldığı açıqlanıb. 

Qeyd olunub ki, 2023-cü ildə doğuş rekord həddə düşüb.

Belə ki, ötən il ölkədə 379 min doğum qeydə alınıb.

Bu rəqəm 2022-ci illə müqayisədə 3,6 faiz, 2008-ci illə müqayisədə isə 34,2 faiz azalma deməkdir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top