AZƏRTAC-ın sədri Vüqar Əliyev təltif edildi

MEDİA 29 mar 2024, 18:09
Prezident İlham Əliyevin imzaladığı sərəncamla AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və onun müavini Dağbəyi İsmayılov "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif ediliblər.

Qaynarinfo xəbər verir ki, onlara həmin yubiley medalları təqdim olunub.

Qeyd edək ki, "Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli Qanunu ilə təsis edilib. Bu medalla Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri bir sıra xidmətlərinə görə təltif edilirlər.

"Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra, bütün medallardan isə əvvəl taxılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top