Neftimizin qiyməti 90 dollara çatır

SƏNAYE VƏ ENERGETİKA 29 mar 2024, 10:22
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 1.71 ABŞ dolları və ya 1.95% artaraq 89,22 dollar təşkil edib.

Xatırladaq ki, ötən gün neftimiz 87,51 ABŞ dollarına ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top