Azərbaycan elektrik enerjisini hansı ölkələrə və neçəyə satıb? — Tam siyahı

SƏNAYE VƏ ENERGETİKA 18 apr 2024, 16:37
Xəbər verdiyimiz kimi, bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 718 milyon 122,16 min kVt/saat elektrik enerjisi ixrac edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan elektrik enerjisinin 69%-i yanvar, 16,3%-i fevral,  14,7%-i isə mart ayının payına düşüb.

Qeyd edək ki, Azərbaycan elektrik enerjisini 4 ölkəyə – Türkiyə, Gürcüstan, İran və Rusiyaya satıb. Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri aşağıdakı kimi olub:

Türkiyə - 11 qəpik
İran - 4,8 qəpik
Gürcüstan - 8,6 qəpik
Rusiya - 6,2 qəpik

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top