Kreml Makronun Rusiyaya dəstək açıqlamasını yalanladı — Zaxarovadan TƏKZİB

DÜNYA 27 mar 2024, 19:15
Rusiyanın Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun terrorla mübarizə üçün Kremlə təkliflər göndərməsi barədə açıqlamalarını təkzib edib. 

Demokrat.az
"Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirilən brifinq zamanı bildirib. 

Mariya Zaxarova deyib ki, Fransadan terrorla mübarizə ilə bağlı konkret təkliflər olmayıb:

“Beynəlxalq terrorizmlə mübarizə üçün Fransadan konkret təkliflər gəlməyib. Rusiya Xarici İşlər Nazirliyi hələ ki, Fransa tərəfdən, o cümlədən beynəlxalq terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlıq formatı çərçivəsində konkret sorğu və ya təklif almayıb”.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Rusiyaya terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməyi təklif edib. 

Onun sözlərinə görə, rəsmi Paris və Moskva ikitərəf üçün də faydalı ola biləcək məlumatlar əsasında əməkdaşlıq təklif edə bilmək üçün həm texniki, həm də nazirlik səviyyəsində bütün səviyyələrdə əlaqə saxlayırlar.


Aysun
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top