Ukrayna AVRO-2024-ə vəsiqə qazandı — VİDEO

İDMAN 27 mar 2024, 08:27
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının daha bir iştirakçısı bəlli olub.

Demokrat.az xəbər verir ki, pley-offun finalında Ukrayna İslandiya ilə qarşılaşıb.

Oyunda hesabı islandiyalılar açsalar da, “sarı-mavilər” 2 top vuraraq qələbəni təmin etməyi bacarıb və AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıblar - 2:1.

Beləliklə də, Ukrayna seçməsi E qrupunda Belçika, Rumıniya, Slovakiyaya rəqib olub.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top