Çingiz bu dəfə Hindistana GETDİ — VİDEO

ŞOU-BİZNES 22 mar 2024, 12:50

Tez-tez səyahət edən müğənni Çingiz Mustafayev bu dəfə Hindistana yollanıb.  

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi Uttar Pradeş əyalətinin Mathura rayonunun Vrindavana şəhərinə gedib.  

Çingiz “5000 məbəd şəhəri”də günəşin batdığını, eyni zamanda hindlərin gündəlik iş fəaliyyətlərini və şəhərin görüntülərini çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Kadrlarda Mustafayevin əsa ilə gəzən yaşlı bir hindliyə yardım etməsi də əks olunub. 

Qeyd edək ki, Çingiz daha əvvəl İndoneziyaya səfər etmişdi. Pandemiyadan sonra ifaçı Baliyə köçüb və bir müddət orada yaşayıb.  

Xatırladaq ki, 8 mart 2019-cu il tarixdə Çingiz Mustafayevin “Truth” mahnısı ilə Azərbaycanı Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil edəcəyi açıqlanmışdı. Çingiz müsabiqə üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 18-ci nömrə altında çıxış etmişdi. Nəticədə 224 xalla 5-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdı. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Çingiz 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 302 xal toplayaraq, 8-ci yerdə qərarlaşmışdı. Bu, Azərbaycanın müsabiqədə 2013-cü ildən bəri ən yaxşı nəticəsi olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top