"Mossad"ın nümayəndə heyəti Qətərə gedir

DÜNYA 18 mar 2024, 21:49
İsrailin xarici kəşfiyyat agentliyi "Mossad"ın direktoru David Barneanın başçılıq etdiyi rəsmi nümayəndə heyəti bu gün Dohaya gedir.

Demokrat.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.

Məlumata görə, Mossad direktoru David Barneanın başçılıq etdiyi danışıqlar qrupu, HƏMAS-ın atəşkəs və qarşılıqlı məhbus mübadiləsi təklifi ilə bağlı bu gün Dohaya gedib. 

Qətərə gedən İsrail nümayəndə heyətinə ölkənin təhlükəsizlik kabineti icazə verib. 

Qeyd edək ki, danışıqların uzun və çətin olacağı, təhlükəsizlik kabineti və hökumətin danışıqlar qrupuna istədikləri bütün səlahiyyətləri vermədiyi bildirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top