“Bizim Qafqaz” mədəni-sosial layihəsinə başlanıldı — VİDEO

MARAQLI 15 mar 2024, 17:55
Qafqaz ölkələrinin mədəniyyətini və tarixini müxtəlif aspektlərdən dəyərləndirəcək “Bizim Qafqaz”  (“Our Caucasus”) mədəni-sosial layihəsinə başlanılıb. Bu layihə çərçivəsində müxtəlif video verilişlər hazırlanacaq və həmin materiallar “Youtube” video platforması üzərindən yayımlanacaq.

Demokrat.az xəbər verir ki, “Bizim Qafqaz” layihəsinin müəllifi və aparıcısı Nini Karseladzedir. Karseladze uzun müddət biznes-məşqçi və məsləhətçi kimi fəaliyyət göstərib və artıq 12 ildir ki, Azərbaycanda yaşayır. 

Xanım Karseladze ölkəmizi öz vətəni kimi sevir. O, Gürcüstan və Azərbaycanın mədəniyyətini və tarixini Qafqazda daha çox təbliğ etmək üçün bu layihə vasitəsilə öz töhfəsini vermək qərarına gəlib. 

“Bizim Qafqaz” layihəsi çərçivəsində hazırlanacaq verilişlərdə müxtəlif qonaqlar, tanınmış ziyalılar və cəmiyyətin müxtəlif təbəqəsindən olan nümayəndələr iştirak edəcək. Onların vasitəsilə “Bizim Qafqaz” haqqında çox şey danışılacaq, verilişlərdə Gürcüstan və Azərbaycanın zəngin həyatı, o cümlədən adət-ənənələri, görməli yerləri və zəngin tarixi nümayiş etdiriləcək. 

Nini Karseladzenin təqdimatında “Bizim Qafqaz” layihəsinin ilk qonağı Azərbaycanın tanınmış heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov olub. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top