Azərbaycanda yeni TV fəaliyyətə başlayır — VİDEO

MEDİA 15 mar 2024, 12:29
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların dövlət xidmətləri barədə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu istiqamətdə növbəti addım kimi ASAN onlayn TV fəaliyyətə başlayır.

Demokrat.az xəbər verir ki, ASAN Radionun bazasında qurulacaq ASAN TV dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk onlayn televiziya olacaq.

Məqsəd videoməzmunun daha keyfiyyətli təqdimatı, izləyici auditoriyasının sayının və sərhədlərinin genişlənməsi, dövlət xidmətləri ilə bağlı vizual olaraq daha əhatəli maarifləndirməni təmin etməkdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin dekabrın 24-də yaradılan ASAN Radionun 9 illik fəaliyyəti dövründə hər zaman videoməzmunun mövcudluğuna və sosial mediada aktivliyə xüsusi önəm verilib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top