Azərbaycan bu il 8 milyard kubmetrdən artıq qaz hasil edib

SƏNAYE VƏ ENERGETİKA 12 mar 2024, 09:59
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd. kubmetr qazın 4,1 mlrd kubmetri ixrac olunub.

Demokrat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.

"Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub. Bu dövrdə 240 mln. kubmetr artımla hasil edilmiş 8,2 mlrd.m kubmetr qazın 4,1 mlrd. kubmetri ixrac olunub", - paylaşımda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top