Şuşada turizmlə bağlı beynəlxalq konfrans keçiriləcək

TURİZM 23 yan 2024, 13:17
Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkil ediləcək.

Demokrat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi 2024-cü il ərzində Şuşada İslam dünyasında turizmin inkişafı mövzusunda beynəlxalq konfrans və “İslam ölkələrinin ortaq süfrəsi” kulinariya festivalı təşkilini təmin etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top