Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarıldı

HADİSƏ 28 apr 2024, 19:14

Göygöl rayonu, Qızılca kəndində çətin keçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.

Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top