Azərbaycandan Rusiyaya yumurtanın üçüncü partiyası idxal olunub

BİZNES 25 dek 2023, 22:45
Rusiya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyasını idxal edilib.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“Dekabrın 24-də Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində yumurtanın üçüncü partiyası gətirilib. 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub", - deyə vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top