Azərbaycanlı rejissor vəfat etdi

İNCƏSƏNƏT 23 dek 2023, 10:30
Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva vəfat edib.

“Report” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, G.Şəfiyeva bu gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, G.Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb. Həmçinin Heydər Əliyev Sarayının baş rejissoru kimi fəaliyyət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top