Xocavənddə və Kəlbəcərdə turizm rekreasiya zonaları yaradılacaq

TURİZM 14 dek 2023, 12:38
"Xocavənddə 3, Kəlbəcərdə 5 ərazidə turizm rekreasiya zonası yaradılacaq".

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" I elmi-praktiki konfransda deyib.

O əlavə edib ki, Kəlbəcərdə yaradılacaq turizm zonası 3 min hektardan çox ərazini əhatə edəcək:

"Bu ərazilərdə turizm zonaları xarici mütəxəssislərin iştirakı ilə müəyyənləşdirilib. Layihə-smeta sənədləri hazırlandıqdan sonra işlərə başlanılacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top