"Azərelektroişıq" LƏĞV EDİLİR

SAHİBKARLIQ 12 may 2023, 12:59
03 iyul 2023-cü il tarixdə, saat 11:00-də "Azərelektroişıq" ASC səhmdarların ümumi yığıncağı keçiriləcək.

Demokrat.az
xəbər verir ki, səhmdarların ümumi yığıncağında "Azərelektroişıq" ASC-nin ləğv edilməsi, "Azərelektroişıq" ASC-nin buraxılmış səhmlərinin ( qiymətli kağızların) dövriyyədən çıxarılması və ləğv edilməsi, "Azərelektroişıq" ASC-nin təsviyəçisinin təyin edilməsi və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, iclas Bakı şəhəri, Nərimanov rayonu, Ə. Qayıbov küçəsi 10, "Bakı Kondisioneri" ASC-nin inzibati binasında keçiriləcək. (apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 may 2024, 16:55
Top