Göyçayın icra başçısı xidməti kreslosunu bacısı oğluna verib — FOTO

MARAQLI 27 fev 2019, 16:55

Adı tez-tez mətbuatda qalmaqallı xəbərlərlə hallanan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yenidən gündəmə gəlib. Amma bu dəfə hansısa qanunsuz əməli ilə yox, kreslosu ilə diqqət mərkəzindədir.


Demokrat.az xəbər verir ki, icra başçısının xidməti otağındakı kreslosu onun qardaşı oğlu və sürücüsü Toğrul Səlim oğlu Səlimzadə tərəfindən sözün əsl mənasında "işğal" olunub. 


Ərköyün qardaş oğlu dövlət məmurununun kreslosundan müxtəlif pozalarda şəkil çəkdirərək, özünü icra başçısı kimi aparır. 


Görünür bu səlahiyyəti ona rayonu "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə idarə edən, Göyçayı şəxsi mülkünə çevirən sevimli əmisi verib. 

 
Sözügedən fotonu təqdim edirik(Veteninfo.com).

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top