İranın xarici işlər naziri istefa verdi

SİYASƏT 26 fev 2019, 09:52

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vəzifəsindən istefa verib.


Bu barədə “Report” ISNA agentliyinə istinadən xəbər verir.


Bildirilir ki, Xarici İşlər Nazirliyinin başçısı “Instagram”da istefa verdiyini bildirib.


“İranın əziz və cəsarətli xalqı və hakimiyyəti son 67 ay ərzində mərhəməti üçün çox sağ olsun. Mən xidməti davam etməyə qadir olmadığıma və xidmət zamanı bütün çatışmazlıqlara görə səmimi şəkildə üzr istəyirəm”, - deyə Zərif bildirib.


Daha əvvəl Məhəmməd Cavad Zərif İranın ABŞ-ı cavab tədbirləri ilə təəccübləndirəcəyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top