İqbal Ağazadə: “Həmsədr dövlətin münaqişə tərəflərindən birinə silah satması beynəlxalq hüquqa ziddir”

SİYASƏT 20 fev 2019, 23:28

Rusiyanın uzun illərdir ki, Ermənistanı silahlandırması siyasəti bu gün də davam etməkdədir. Mediada yer alan son məlumatlarda Kremlin yaxın gələcəkdə Ermənistana yeni silah və hərbi texnikalar satacağı ilə bağlı informasiyalar öz əksini tapıb ki, bu da torpaqları işğal altında olan Azərbaycanı narahat etməyə bilməz.

 

Azərbaycan Rusiyanın Ermənistanı silahlandırmasına rəsmi şəkildə etiraz etməlidirmi? Bu etiraz nəyisə dəyişə bilərmi?

 

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə Rusiyanın bu addımının beynəlxalq hüquqa zidd olduğuna diqqət çəkdi:

 

“Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Ermənistan KTMT-nin üzvüdür. Tərəflər arasında silahlanma ilə bağlı belə bir müqavilə var. Bu məsələdə bizim etirazımız heç nəyi dəyişməyəcək. Bu, adi kağız parçasından başqa bir şey olmayacaq. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin münaqişə tərəflərindən birinə silah satması münaqişənin həlli üçün əngəl törədən faktorlardan biridir. Bu, beynəlxalq hüquqa da, konvensiyalara da ziddir. Hesab edirəm ki, Azərbaycan məsələyə bu konteksdən yanaşmalıdır. Bu yönda atılacaq addımlar daha kəsərli ola bilər. Lakin hökumətin durumu, Rusiyanın Azərbaycana münasibəti bu istiqamətdə ciddi addımlar atmağa imkan vermir. Reallıq bundan ibarətdir”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top