“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” — Erməni nazir

SİYASƏT 17 fev 2019, 15:28

"Biz ayrıca görüş planlaşdırmamışıq. Amma dəhlizdə görüşə bilərik, bizim nazir Məmmədyarovla görüşmək və salamlaşmaq kimi problemimiz yoxdur".


Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib. 


Onun sözlərinə görə, iki ölkənin XİN rəhbərləri arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirmək üçün ayrıca görüş planlaşdırılmayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top