Bakı metrosunda bıçaqlanma — VİDEO

KRİMİNAL 16 fev 2019, 22:09

Bakı metrosunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə bu gün saat 16:00 radələrində baş verib.


Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, Şəmistan Quliyev adlı şəxs “Gənclik” metro stansiyasında döş qəfəsindən bıçaqlanıb. 


“İlkin yardım göstərildikdən sonra Ş.Quliyev təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb”.


Bəxtiyar Məmmədov qeyd edib ki, hadisəni törədən şəxsin kimliyi hələlik məlum deyil.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top