Bakıda biznesmenin özünü öldürdməsinin səbəbi bilindi

KRİMİNAL 16 fev 2019, 14:03

Bir neçə gün əvvəl Bakı şəhər Sabunçu rayonunda iş adamı Hənifə Mustafayevin intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.


Demokrat.az xəbər verir ki, Maştağa qəsəbəsi Ləhic bağlar massivindəki bağ evinin həyətində özünü asan 37 yaşlı biznesmenin xeyli borcunun olduğu məlum olub.


Bildirilir ki, ailəsi ilə birgə şəhərdə yaşayan H.Mustafayev qapı-pəncərə biznesi ilə məşğul olub. Son vaxtlarda onun xeyli borcu toplanıb və pulu geri qaytarmaqda çətinlik çəkib. Ödəmələri həyata keçirə bilməyən iş adamı çıxış yolunu özünü öldürməkdə tapıb. 


O, Ləhicdəki bağına gələrək özünü həyətdən asıb. Qonşular H.Mustafayevin həyətində bir nəfərin xeyli müddət dayandığı yerdə hərəkətsiz qaldığını görərək şübhələniblər. həyətə daxil olan qonşular H.Mustafayevin özünü asdığını və cansız bədəninin görərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.


Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top