Etibar Məmmədovun partiyasından Fransa prezidentinə ETİRAZ

SİYASƏT 07 fev 2019, 20:59

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mətbuat Xidməti Fransa prezidenti Emmanuel Makronun “1915-ci il hadisələrinin Fransada anım Günü elan edəcəyi” ilə bağlı səsləndirdiyi fikirlərə etiraz bəyanatı yayıb. 


AMİP-dən Demokrat.az-a daxil olan bəyanatda deyilir:


"Fransa prezidenti Emmanuel Makronun “1915-ci il hadisələrinin Fransada anım Günü elan edəcəyi” ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycnadakı imicinə ciddi surətdə zədələmklə yanaşı, etibarını da sarsıdacaq.  ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsindən biri olaraq Fransa əgər belə bir addım atarsa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinın sülh yolu ilə həll edilməsində vasitəçilik missiyasına əsaslı şübhələr yaradacaq. Həmçinin təcavzükar Ermənistanı öz işğalçılıq siyasətini genişləndirməyə ruhlandıracaq. 


Saxta “erməni soyqırımı”nı tanımaqla  saxtalaşdırılmış tarixi siyasi alətə çevirən Fransa unutmamalıdır ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq beynəlxalq hüququn, prinsiplərin, eləcə də sühlün və təhlükəsizliyin qorunub saxlanılmasında daha çox məsuliyyət daşıyır.  Azərbaycanın ərazilərinin işğaldan qeyd-şərtsiz boşaldılması haqqında qəbul edilmiş BMT TŞ-nın 4 qətnaməsini indiyədək də yerinə yetirməyən, Xocalı soyqırımını törədən  Ermənistana təzyiq göstərmək, onu işğalçılıq, terrorçuluq siyasətindən əl çəkdirmək əvəzinə sərgilədiyi aşırı tərəfkeşilik təəssüf və qınaq doğurur.


Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, Fransa prezidentinin “erməni soyqırımı”nı anım günü tanıyacağı barədə ifadələri bölücülük, nifrət və qisasa aparan yoldur və bundan çəkinilməlidir. 


AMİP “erməni soyqırımı”nı tanıyaraq böyük səhvə yol verən Fransanın ikinci səhv addım atmamağa, xalqlar arasında düşmənçilik üçün fürsət verməməyə, Azərbaycan-Fransa dostluq əlaqələrini zəiflədəcək addım atmamağa çağırır".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top