"Sağ olsun qardaşım İlham Əliyev Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini bizə təslim etdi" — Ərdoğan

SİYASƏT 05 fev 2019, 12:01

“FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb. FETÖ-nün ABŞ Konqresində də adamları var. Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm”. 


Demokrat.Az xəbər verir ki, bunu Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.


Ərdoğan qeyd edib ki, Fətulah Gülənə inanan, arxasınca gedən şəxslər var: “Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Onlar həqiqəti öyrənməlidirlər”.


Ərdoğan, həmçinin vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar: 


"Ən son Azərbaycandan FETÖ-nün çox önəmli şəxsini sağ olsun qardaşım İlham Əliyev təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top