“Terrorçuya görə dövlət maraqlarını qurban vermək olmaz” — Türk diplomat Gürcüstanı TƏNQİD ETDİ

SİYASƏT 02 fev 2019, 21:57
Son zamanlar qonşu və dost bildiyimiz Gürcüstanda Türkiyə-Azərbaycan xalqlarını yaralayan Türk düşmənçiliyi bizləri üzür.

Demokrat.Az xəbər verir ki, Türkiyənin Azərbaycan və Moldovada  fövqəladə və səlahiyyətli sabiq səfiri olmuş, məşhur diplomat Hulusi Kılıç Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına sərt etirazını bildirib.

“Həmişə Türkiyə-Azərbaycan Gürcüstanın pis vəziyyətində  yanında olub. İki dövlət Gürcüstana arxa və dayaq durublar. Gürcü rəsmilərinin bu addımından son dərəcə narahatıq. Terrorçuya görə dövlət maraqlarını qurban vermək olmaz. Bu xain fəaliyyətləri şiddətlə qınayırıq. Ən qısa zamanda Gürcüstan hakimiyyətinin buraxdığı ciddi səhvlərin düzəldilməsini gözləyirik”.(olke.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top