YAP illik gəlirini açıqladı - 13,2 faiz ARTIM OLUB

SİYASƏT 31 yan 2019, 15:56
Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2018-ci il üçün illik maliyyə hesabatını açıqlayıb.

Demokrat.Az xəbər verir ki, ötən il onun gəlirləri 13,2 faiz artıb.

2018-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 9 mln 413 001 manat olub. Bunun 8 mln 045 144 manatı 732 min üzvün üzvlük haqlarıdır. 2018-ci ildə 2017-ci ildəki kimi YAP sıralarına 24 min yeni üzv qəbul edilib.

Bundan əlavə, partiya dövlət büdcəsindən 1 milyon 367,8 min manat, yəni əvvəlki ilə nisbətən 19,7 faiz çox vəsait alıb.

Eyni zamanda, bank hesabları və partiya kassalarında 2018-ci ilin əvvəlində təxminən 6,5 milyon manat istifadə edilməmiş vəsait qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top