​“Xörək bişirməyi bacarmıram, iyi gələndə ürəyim bulanır" - Məleykə Əsədova

ŞOU-BİZNES 28 yan 2019, 15:16

"Şükür ki, Allah mənə insanları sevmək eşqi verib. Özüm özümə deyirəm ki, Ay Məleykə, sən heç bu zəmanənin adamı olmadın. Xarakterimə görə həyatda çox şeylər itirdim. Özümü çox sevirəm, hörmət edirəm. Paxıllıq hissi insanı çürüdür".


Bu sözləri Xalq artisti Məleykə Əsədova "X maqazin"ə açıqlamasında bildirib.


Məşhur aktrisa proqramda ona cadu etdiklərini də bildirib:


"Mən tanıyan şəxslər deyib ki, müxtəlif falçıların yanında şəkillərimi görüblər. Son 10 ildə daha belə şeylərin olduğunu bilmişəm. Amma heç vaxt yaxınıma buraxmamışam. Tutaq ki, elədikləri cadu məni həyatıma mane oldu. Geci, tezi var, pislik edən insanın hər şey özünə qayıdacaq. Bunları ürəyimə salmıram. Hamıya demişəm ki, neqativ şeyləri mənə deməyin, yerində onların cavabını verin". 


Bundan əlavə, M. Əsədova mətbəxlə arasının yaxşı olmadığını vurğulayıb: "Xörək bişirməyi bacarmıram, təkcə buğlama hazırlaya bilirəm. Bunu da dəfələrlə demişəm. Yeməyin iyisi gələndə ürəyim bulanır.  İnsan var ki, qoxu gələndə yemək istəyir, amma məndə fərqlidir". (qafqazinfo)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top