Aygün Kazımova: "Brilliantla küsülü deyiləm"

ŞOU-BİZNES 25 yan 2019, 23:35

Xalq artisti Aygün Kazımova "Asan Radio"nun qonağı olub.

 

Demokrat.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni izləyicilərdən gələn sualları cavablandırıb.

 

Sənətçi "Brilliant Dadaşova və Tünzalə Ağayeva ilə nə vaxt barışacaqsınız" sualına "Heç kimlə küsülü deyiləm. Həyatda nifrətlə yaşayan insan deyiləm, ona görə insanlara fərqli yanaşıram. Digər sənətçilərlə isə nadir hallarda görüşürəm" cavabını verib.

 

Qeyd edək ki, sənətçilər arasındakı küsülülük 2013-cü ildə "Kral Müzik Ödülleri"nə namizəd kimi qatılıb, qalib ola bilməməsindən sonra yaranıb. T.Ağayeva isə eyni tədbirə qatıldığı Kazımovaya "salam" vermədən keçib və bu da xalq artistinin xoşuna gəlməmişdi.

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top