"İyunda ermənilər bir neçə rayonu Azərbaycana qaytaracaq" - Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA

SİYASƏT 24 yan 2019, 18:59
Detalların müzakirə edilmədiyi açıqlansa da, biz yetkin insanlarıq və başa düşürük ki, danışıqlar üçün konkret məsələ yoxdursa, danışmaq üçün heç bir şey yoxdur. Son aylar bu proses – bir neçə saat davam edən görüşlər – onu göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə üzərində “bazarlıq” gedir, bu layihə danışıqlar masasındadır.

Demokrat.Az xəbər verir ki, bu fikirləri Ermənistanın “168 jam” qəzetinə açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanarasında Davosda baş tutan görüşünü şərh edərkən deyib.
 
Картинки по запросу Станислав Тарасов

“Gözlərə baxın, İlham Əliyev sevincli görünür, Paşinyan isə məzlumdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi göstərilməsindən danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu, o deməkdir ki, İlham Əliyev bu partiyada qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar.

İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayırlar, sülhdən yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar.

İndi onlar üçüncü-dördüncü mərhələdən danışırlar, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu, mümkündür”, - o əlavə edib.
 
Похожее изображение

Politoloqun fikrincə, iyunda Paşinyan və İlham Əliyev Qarabağla bağlı razılaşma imzalayacaq və bu sazişə əsasən, ermənilər bir neçə rayonu qaytarmalı olacaq.

Politoloqun sözlərinə görə, bununla Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və bu sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq, nizamlanmanın paket layihəsi peyda olacaq və “Paşinyanın istəyi yerinə yetəcək”.

“Azərbaycan bəyan edir ki, torpaqlar qaytarılmalıdır, Ermənistan tərəfi isə susur. Əgər Ermənistan tərəfi Azərbaycanla bu məsələni danışmasaydı, İlham Əliyev heç vaxt Paşinyanla belə söhbət etməzdi”, - Tarasov deyib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top