AzTV-yə buraxılmayan müğənni: “Alışanov elə şeylərə baxmırdı”

ŞOU-BİZNES 21 yan 2019, 11:56

"AzTV-nin yeni rəhbərinin müğənnilərə qarşı necə olacağını əvvəlcədən bilmək olmaz. Amma bütün hallarda mənə də maraqlıdır, qadağa qoyulan müğənnilər bundan sonra AzTV-də görünəcəkmi?”

 

Bunu Azvision.az -a Arif Alışanovun sədrliyi dövründə dövlət televiziyasında çıxışına qadağa qoyulan müğənni Nüşabə Ələsgərli deyib. 

 

"Biz nə bilək, təzə gələn rəhbərlik necə olacaq, ona sual vermək lazımdır ki, "zapret”də olan müğənnilər çıxacaqmı, çıxmayacaqmı? Bəlkə, o da qoymayacaq? Bu, Arif Alışanovun işi deyildi. Musiqi verilişləri departamentinin rəhbəri Nadir Axundov efirə çıxmağımıza icazə vermirdi. Arif Alışanov elə şeylərə baxmırdı. Hər şeyi Arif Alışanovun üzərinə atmaq olmaz. Nadir Axundov bu gün də orada işləyir. Bəlkə, yenə də qoymacaq. Təzə rəhbərin münasibəti necə olacaq, bu, mənə maraqlıdır”, - deyə müğənni bildirib. 

 

Qeyd edək ki, Arif Alışanovun televiziyaya rəhbərliyi dövründə bir sıra tanınmış, fəxri ad almış müğənnilərin efirə çıxmasına illərlə qadağa qoyulub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top