"Qarabağ münaqişəsinin həllində böyük diplomatik uğurlar əldə edə bilmişik" - YAP-çı deputat

SİYASƏT 20 yan 2019, 21:56
"Azərbaycanda demokratik cəmiyyət formalaşıb. Hər kəs öz fikrini azad şəkildə ifadə edə bilər. Minlərlə internet resursu, sosial şəbəkələr, media, siyasi partiyalar və digər bu səpkidən olan qurumlar azad şəkildə fəaliyyət göstərir. Bu azad fəaliyyətin kökündə isə əldə etdiyimiz və hər birimiz üçün vacib olan sabitlik dayanır".

Demokrat.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O qeyd edib ki, məhz sabitlik olduğu üçün böyük iqtisadi uğurlara imza atmaq mümkün olub:

"Sabitlik olduğu üçün Qarabağ münaqişəsinin həllində böyük diplomatik uğurlar əldə edə bilmişik. Yəni, bu gün iqtidarla xalq arasında qarşılıqlı hörmət, qarşılıqlı inam, bir-birinə tərəf addım atmaq var. Bu fonda cəmiyyət artıq öz inkişaf yolunu müəyyənləşdirib. Müxalifət isə gündəmə gəlmək istəyir. Özü də bu zaman Azərbaycan dövləti və milli maraqları üçün önəmli fikir ortaya qoyulmur. Onlar yalnız şəxsi ambisiyalarını düşünür, ölkədəki sabitliyi pozmaq istəyən müəyyən kənar qüvvələrin diqtəsi ilə oturub dururlar. Onların bir alətinə çevriliblər. Bu kimi hallar əlbəttə, yolverilməzdir. Eyni zamanda bugünki mitinq də bir daha göstərdi ki, onların heç bir sosial bazası, dayağı, cəmiyyətə heç bir təsir imkanları yoxdur. Bu mitinq göstərdi ki, Azərbaycan xalqı, ölkə vətəndaşları sabit bir cəmiyyətin olmasında maraqlıdır və buna nail olub. Cəmiyyyət bu siyasətin davamını istəyir. Çünki bir daha qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan cəmiyyəti ulu öndərin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Müxalifət də bu siyasətdən bəhrələnir. Əldə olunan bütün nailiyyətlər bütövlükdə Azərbaycan xalqının rifahına yönəlib”.Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top