"Avropa ölkələrinin özündə insan hüquqları pozulur” - Komitə sədri

SİYASƏT 20 yan 2019, 12:57
“Bir bloger haqqında məsələni şişirdərək, Azərbaycana qarşı istifadə edirlər. Guya Avropa Parlamenti qətnamə qəbul edib. Həmin müzakirələrə baxanda görürsən ki, iclasda 751 deputatdan cəmi 30-u iştirak edir. Çıxışlara baxanda görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmir”.

Demokrat.Az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“O yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Onlar məsələdən bixəbərdir. Bu, bir daha onun qurulma iş olduğunu göstərir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Orada çıxarılan qərarlar, sənədlər elə orada da qalır. Orada tək Azərbaycanla bağlı deyil, digər ölkələrlə bağlı da ikili standartlı, yüzlərlə bu tipli, çoxlu sayda qətnamə var. Əgər Avropa Parlamenti problem axtarırsa, problem onların elə özündədir. Elə Avropa ölkələrində baş verən hadisələrə baxın. Orada insan hüquqları pozulur”– deyə YAP rəsmisi vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top