"Münaqişə ətrafında baş verən son hadisələri müsbət qiymətləndiririk" - Avropa Birliyindən Qarabağ BƏYANATI

SİYASƏT 20 yan 2019, 12:28
Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında baş verən son hadisələri  müsbət qiymətləndirir.

Demokrat.Az xəbər verir ki, bu barədə Avropa Birliyinin mətbuat xidmətinin yanvarın 18-də yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, son aylar Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı fikir mübadilələri, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçili ilə xarici işlər nazirlərinin görüşləri, hansı ki, sonuncu görüş 2019-cu il yanvarın 16-da Parisdə olub-Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yönündə müsbət irəliləyişdən xəbər verir.

Bəyanatda vurğulanır ki, Avropa Birliyi,xalqların sülhə hazırlaşdırılması istiqamətində konkret tədbirlər görülməsi və danışıqların aktivləşdirilməsi yönündə addımlar atılması ilə bağlı xarici işlər nazirələri arasında bu yaxınlarda əldə edilən razılaşma da daxil olmaqla, səbirsizliklə bu görüşlərin nəticələrinin tam həyata keçirilməsini gözləyir.
Bəyanatda daha sonra deyilir ki, Avropa Birliyi münaqişənin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri və təkliflərini , o cümlədən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin cəhdlərini tam dəstəkləyir.
Cənubi Qafqazın öz potensialından istifadə etməsinə imkan yaradacaq möhkəm sülh, hamı üçün xeyirli olacaq, deyə bəyanatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top