“Avropa Şurasında Azərbaycanın qlobal rolunu yaxşı dərk edirlər” — YAP-çı deputat

SİYASƏT 19 yan 2019, 22:44

“Bu gün enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioriteti hesab edən Azərbaycanın Avropa İttifaqı ölkələri ilə siyasi və iqtisadi münasibətləri dinamik inkişaf edir. Avropa Şurasında Azərbaycanın fəallığı, nümayəndə heytimizin uzun zamandır apardığı yorulmaz fəaliyyət də bu əsasda qurulub”.

 

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Naqif Həmzəyev təşkilatın gələn həfətdən başlayacaq qış sessiyasına münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, Azərbaycanın strateji mövqeyini artıq Avropa dövlətləri də yaxşı başa düşür və yüksək qiymətləndirilər:

 

“Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan layihələr Avropanın enerji xəritəsini dəyişir. Belə ki, respublikamız həyata keçirdiyi qlobal enerji layihələri ilə təkcə iqtisadi səmərə güdmür, eyni zamanda, Avropa kimi mürəkkəb geosiyasi arealda diplomatik mövqelərini və nüfuzunu gücləndirir. Artıq Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdıraraq iki qitəni birləşdirən ölkəyə çevrilib. Bütün bunları Avropa Şurasında da lazımı sviyyədə dərk edir, qiymtləndirirlər”.

 

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük uzaqgörənliyi hesabına həyata keçirilən beynəlxalq layihələr böyük geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır ki, bunu da Avropa Şurasında lazımı səviyyədə dərk edirlər:

 

“Cənab prezidentimiz beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirir, ona olan etibar və inamı daha da artırır. Azərbaycanın inkişafına mane olmağa çalışan erməni lobbisinə xidmət edənlərin səyi ilə ölkəmizin tərəqqisi üzərinə kölgə salmaq, beynəlxalq imicinə zərbə vurmaq üçün oynanılan çirkin ssenarilər də baş tutan deyil. Bu gün də bu qarayaxma cəhdləri Avropada özünü göstərir. Amma onlar yaxşı bilməlidirlər ki, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici siyasət, ölkələrin, xalqların yaxınlaşması naminə göstərdiyi səylər, əldə etdiyi böyük uğurlar bundan sonra davamlı olacaq. Ölkəmiz bundan sonra da möhtəbər beynəlxalq təşkilatların üzvü kimi bu qurumlarda yüksək səviyyədə təmsil olunacaq, dünya birliyinə yeni töhfələrini verəcək. Bu gün AŞPA-ya yollanan üzv olduğum nümayndə heyəti başda həmkarım cənab Səməd Seyidov olmaqla bu prinsipi əsas götürmüşük”, - deyə, N. Həmzəyev vurğulayıb.

 

Qeyd edək ki, yanvarın 21-dən AŞPA-nın qış sessiyası öz işinə başlayacaq. Azərbaycan nümayəndə heyəti artıq sessiyayada iştirak etmək üçün yola düşüb.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top