Nazpərini Moskvada öldürmək istədilər — ŞOK DETALLAR

ŞOU-BİZNES 14 yan 2019, 22:17

“Moskvada məni zəhərləmək istəyirdilər. Bu barədə təsadüfən sürücüm eşitmişdi. Hətta artıq plan qurulmuşdu. Kimsə bunun qarşılığında böyük məbləğdə pul təklif edib. Sürücüm tualetdə olub, onu tanımayıblar”. 


Demokrat.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Şou ATV” proqramında qonaq olarkən bildirib.


Müğənni verilişdə bir neçə il bundan əvvəl baş vermiş hadisədən danışıb.


"Daha sonra toyda mən mahnı oxuyarkən dedi ki, stolun üstündən bir stəkan belə su götürüb içməyin. Birinci başa düşmədim, ağlıma belə şey gəlməzdi. Daha sonra hər şey məlum oldu. Bilirəm ki, mənə qarşı kim bunu edib. Səsi verən Allahdır, ay bəndə, sən nə edə bilərsən? Bu, mənim üçün təəccüblü bir şey deyil. Yaxşı sənətkarı məhv etmək istəyirlər”, - deyə o, sözlərinə əlavə edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top