Rusiyalı iqtisadçı: "Azərbaycanın əsas özəlliyi sabitlik və əminamanlıqdır"

DÜNYA 29 dek 2018, 17:55

Azərbaycan mənə yaxındır və sizin ölkədə baş verənləri  yaxından izləyirəm.  Geridə qoymaqda olduğumuz il Azərbaycan onunla yadda qaldı ki, bu ölkədə hər hansı kardinal dəyişiklik və kataklizmlər baş vermədi. Azərbaycanda vəziyyət sabitdir, mütərəqqidir, nikbindir.

 

Bu haqda rusiyalı tanınmış publisist, iqtisadi elmlər doktoru, professor Nikita Kriçevski “media.az”a verdiyi müsahibədə bildirib.

 

“Digər Birlik ölkələrində müxtəlif ciddi təlatümlər və narahatlıqlar baş verdi. Azərbaycanda  isə hər şey sakit keçdi. İnsanlar yaşayır, işləyir, onlara toxuna biləcək hər hansı qlobal problemlərin dərdini çəkmirlər”, - deyə saytın müsahibi bildirib.

 

N.Kriçevskinin sözlərinə görə, qeyd olunası əsas özəllik – sabitlik və əminamanlıqdır:

 

“Yerdə qalan hər şey –Formula-1 Qran-Prisi, müxtəlif sferalarda əldə olunan uğurlar – ikinci dərəcəlidir. İnsanlar  hər zaman ilk növbədə ailə, uşaqlar barədə düşünür, sabah nələrin baş verəcəyi, manatın məzənnəsinin qalxacağı, yoxsa düşəcəyini yox”.

 

Proqnozlara gəlincə, ekspertin sözlərinə görə,  neft gəlirlərinin hansı şəkildə xərclənəcəyi sualı, neftin 1 barelinin hansı qiymətə satılacağı sualından daha önəmlidir.

 

“Neft rentası – göydən düşüb. Onu millətin maraqları çərçivəsində xərcləmək lazımdır. Ona görə, bir daha qeyd edirəm, neftin gətirdiyi dollarların nə dərəcədə effektiv xərclənəcəyi və ya (büdcəyə) yığılacağı məsələsi daha önəmlidir”, - deyə iqtisadçı vurğulayıb.

 

“Əlbəttə ki, kataklizmləri öncədən görmək və proqnozlaşdırmaq olmur. Bir sıra analitik və ekspertlər hər il gözlənilən növbəti təlatümlərdən dəm vururlar. Ancaq mən ölçüb-biçilmiş münasibətin tərəfdarıyam. Azərbaycana gəlincə, sizdə Rusiya ilə yaxınlaşma prioritetinin olduğunu bilirəm, bununla belə, Bakı dövlətlərarası münasibətlərin inkişafının alternativ variantlarını da yaddan çıxarmayacaq.

 

Bu gün dünya sürətli şəkildə şaxələnir və qloballaşır. Yeni imkanlar düşən kimi ondan yararlanmaq lazımdır. Habelə prioritetlər arasında birinci yerdə insanın rifahı dayanmalıdır. Və mənə elə gəlir, Azərbaycan bu cür ölçüb-biçilmiş və düzgün siyasət yürüdür.”, - deyə Kriçevski vurğulayıb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top