“Qarabağ bütün dünya azərbaycanlılarının problemidir” - Pənah Hüseyn

SİYASƏT 29 dek 2018, 17:39

Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir.

 

Bəs bu gün dünyadakı soydaşlarımız arasında yetərincə həmrəylik varmı? Belə bir həmrəyliyin mövcudluğu milli problemlərimizin həlli baxımından nə dərəcədə zəruridir?

 

Demokrat.Az xəbər verir ki , Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bir sıra ümummili məsələlərdə dünyadakı bütün soydaşlarımızın həmrəy olmasının zəruriliyinə diqqət çəkdi:

 

“Mən öncə bütün xalqımızı Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Arzu etmək və səy göstərmək lazımdır ki, həmrəyliyimiz daha da möhkəm olsun. Amma bunu da qeyd etmək lazımdır ki, bu gün bütün dünya azərbaycanlılarının ciddi problemləri var. Qarabağ məsələsi bütün dünya azərbaycanlılarının problemidir. Bir sıra başqa ölkələrdə, eləcə də İranda  yaşayan soydalarımızın dil və s. kimi problemləri də bizi narahat edən məsələlərdəndir. Arzumuz əl-ələ vermək və bütün problemləri bir yerdə həll etməkdir. Mən bu bayram günlərində gələcəyə optimist yanaşmağın tərəfdarıyam və ümid edirəm ki, bir yerdə bütün bu problemlərin öhdəsindən gəlməyə nail olacayıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top