“ABŞ-ın çıxacağı bölgələr Suriya hökumətinə verilməlidir” — Zaxarova

DÜNYA 26 dek 2018, 20:25

Rusiyanın xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova mətbuat konfransı keçirib.

 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın qoşunlarını Suriyadan geri çəkməsinə münasibət bildirən sözçü Amerikanın bununla bağlı dəqiq tarix göstərmədiyini və bununla da qərarın qətilik hüququ daşımadığını deyib:

 

“Şübhəsiz, bu qərarın əhəmiyyətini başa düşürük. Qiymətləndirmələrimizə əsasən, bu, problemin həllinə kömək edəcək. ABŞ-ın çəkiləcəyi bölgələr Suriya hökumətinə təhvil verilməlidir”. 

 

Zaxarova Moskvanın dəfələrlə ABŞ ordusunun Suriyada olmasının münaqişənin həllində ciddi əngəl olduğu xəbərdarlığını etdiyini bildirib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top