Putin SSRİ-nin bərpasından danışdı

DÜNYA 20 dek 2018, 20:27

Rusiya prezidenti Vladimir Putin Moskvada Beynəlxalq Ticarət Mərkəzində ilin yekunlarına dair mətbuat konfransı keçirib.

 

Putin SSRİ-nin bərpasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

 

"Mənə elə gəlir ki, bu, mümkün deyil. Sosializmin restavrasiyası mümkünsüzdür. Bu, hər zaman xərclərlə əlaqədar olur. Nəticə etibarilə, "iqtisadi dalan”la əlaqəlidir. Resursların ədalətli bölgüsü olmalıdır. Yoxsuluq səviyyəsindən aşağı olan insanlara ədalətli münasibət göstərilməlidir. Belə yoxsulların sayı minimuma çatdırılmalıdır.

 

İnsanlar lazımi səviyyədə təhsil və səhiyyə xidmətləri ilə təmin olunmalıdır. Belə sosializm mümkündür. Bizim milli layihələr məhz bu istiqamətə yönəldilib”, - deyə Putin bildirib.

 

oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top