"Gürcüstanın Qərbə inteqrasiyasını dəstəkləyirik" — ​Trampın yeni prezidentə məktubu

DÜNYA 20 dek 2018, 13:27

ABŞ prezidenti Donald Tramp Salome Zurabişvilini Gürcüstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

 

Demokrat.Az report-a istinadən bildirir ki, bu barədə Zurabişvili "facebook"da bildirib.


"Bu yaxınlarda (Zurabişvilini) Gürcüstan prezidenti vəzifəsinə seçilməsi ilə təbrik edirəm. Birləşmiş Ştatlar, Gürcüstanın ərazi bütövlüyünü, demokratik inkişafını, tərəqqisini, eləcə də Qərbə inteqrasiyasını tamamilə dəstəkləyir", - deyə məktubda bidirilir.

 

ABŞ rəhbəri onu da bildirib ki, iki ölkə arasında sıx əməkdaşlığın davam etdirilməsini istəyir.


Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

 

Demokrat.Az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top