İranlı general özünü öldürdü

DÜNYA 17 dek 2018, 18:58
İranlı general Qüdrətullah Mansuri ehtiyatsızlıqdan özünü öldürüb.

Demokrat.Az "qaynarinfo" saytına istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı silahını təmizləyərkən atəş açılıb və o, başından aldığı yaradan ölüb.

Qeyd edək ki, Mansuri 1980-ci illərdə İran-İraq müharibəsində iştirak edib, həmçinin İraq və Suriyada İŞİD terrorçularına qarşı mübarizədə yer alıb.

Qüdrətullah Mansuri 2014-cü ildən bəri Məşhəd şəhərində vilayət komandiri vəzifəsini icra edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top