"Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətlərindən biridir" - Bilal Dündar

GÜNDƏM 12 dek 2018, 19:36
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Demokrat.Az-a daxil olan bəyanatda Bilal Dündar Ulu öndər Heydər Əliyevin türk dünyasının dahi şəxsiyyətlərindən biri olduğunu vurğulayır.

Bilal Dündar qeyd edir ki, mərhum Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur:

"Türkiyə-Azərbaycan qardaşlığını möhkəm təməllər üzərində quran və inkişaf etdirən bu dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində üç nəhəng layihə reallığa çevrilib. Heydər Əliyevin əsərləri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq fəaliyyət göstərir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də reallaşıb.
Ulu öndərin vəfatının 15-ci ildönümü ilə bağlı qardaş Azərbaycan xalqına və dövlət başçısına başsağlığı verərərək rəhmətlə anırıq. Məkanı cənnət olsun!".

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top